Modern.az

700 bal toplayan abituriyent: “Əsl hərbçi oğlu olmağımı sübut etdim”

700 bal toplayan abituriyent: “Əsl hərbçi oğlu olmağımı sübut etdim”

26 İyul 2016, 10:35

 

“Hazırlığıma görə 700 bal toplaya biləcəyimi zənn edirdim. Çünki hazırlıq illər ərzində demək olar ki, III ixtisas qrupu üzrə bütün fənləri ciddi oxuyurdum”.

Bu sözləri Modern.az-a açıqlamasında 700 bal toplayan abituriyent Elvin İsayev deyib.

O bildirib ki, hansı fakültəni seçəcəyini ailəsi ilə məsləhətləşəcək.

 

Elvin İsayev deyib ki, ailəsinin, yaxın dostlarının və müəllimlərinin mənəvi dəstəyinə görə onlara minnətdardır:

 

“700 bal toplamaq yalnız gecə-gündüz oxumaqla olmaz. İlk öncə hazırlıqla yanaşı ailədən dostlardan, müəllimlərdən mənəvi dəstək olmalıdır. Onların hər birinə dərin minnətdarlığımı bildirirəm”.

 

Elvin İsayev deyib ki, 700 bal toplamaqla əsl hərbçi oğlu olmasını sübut etdi:

 

“Atam hərbçidir. Mən də 700 bal toplamaqla əsl hərbçi oğlu olduğumu sübut etdim. İnanıram ki, mən də ali təhsilimi başa vurduqdan sonra atam kimi vətənə, millətə və dövlətə layiqli insan olacağam. Təhsilimi xaricdə oxumaq fikrim yoxdur”.

O, 700 bal toplayan abituriyentlərə məsləhət də verib:

 

“Abituriyentlərə məsləhətim odur ki, 700 bal toplamaqla yüksək nəticə qazanmaq istəyirlərsə hazırlıq müddətində qəti şəkildə telefondan, televizordan, kompüterdən və vaxtı alan hər bir şeydən uzaq dursunlar. Hazırlıq müddətində fikirlərini yalnız hazırlaşdıqları fənlər üzərində cəmləsinlər”

 

Xatırladaq ki, bu ilin qəbul imtahanlarınmda II ixtisas qrupu üzrə 2 abituriyent (Bakı şəhəri, İ.Hacıyev adına “Tərəqqi” liseyi və BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunları) , III ixtisas qrupu üzrə də 2 abituriyent (Kürdəmir rayonu, 2 saylı şəhər orta məktəbi və Bakı şəhəri, 220 saylı məktəb-liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə göstərib.

 

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı