Modern.az

700 bal toplayan abituriyentdən anasına xüsusi TƏŞƏKKÜR

700 bal toplayan abituriyentdən anasına xüsusi TƏŞƏKKÜR

26 İyul 2016, 11:25

 

“Müəllimlərim və valideynlərim məndən bu nəticəni gözləyirdilər. Özümdə də 700 bal toplayacaq gücü hər zaman hiss edirdim. Çox çalışdım və sonda buna nail oldum”.

 

Bu sözləri Modern.az-a açıqlamasında II ixtisas qrupu üzrə imtahanda iştirak edərək 700 bal toplayan Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyinin məzunu, Fərid Hüseynov deyib.

 

Fərid bildirib ki, Biznesin İdaredilməsi fakültəsini seçəcək:

 

“Fakültə olaraq biznesin idarəedilməsini seçməyi düşünürəm. Amma hələ hansı universiteti yazacağımı dəqiqləşdirməmişəm”

 

O söyləyib  ki, belə yüksək nəticəyə görə anasına xüsusi borcludur:

“Bu uğuruma görə anama çox borcluyam. 700 bal toplamağımda ən çox əziyyət çəkən anam olub. Anam hər səhər yuxudan məndən qabaq dururdu və yeməyimi, çayımı hazırlayırdı, mənə həvəs və mənəvi güc verirdi.

Yaxın dostlarım, müəllimlərim mini çox motivasiya edirdilər. Onlara da təşəkkür edirəm.

Hər zaman müəllimlərimin məndən 700 bal gözləməsi məndə daha böyük məsuliyyət hissi yaradırdı”.

Fərid Hüseynov gələcək abituriyentlərə 700 bal toplamağın yollarını da deyib:

 

“Abituriyentlərə məsləhətim odur ki, 700 bal toplamaq üçün ilk növbədə məqsədli şəkildə çalışsınlar. Bütün çətinliklərə baxmayaraq hədəflərindən yayınmasınlar.

Yaxşı, məsuliyyətli və səmimi müəllimlərlə hazırlaşsınlar. Müəllim seçimi edərkən ən fədakar və zəhmətkeş müəllimlərə üstünlük versinlər”.

 

Xatırladaq ki, bu ilin qəbul imtahanlarınmda II ixtisas qrupu üzrə 2 abituriyent (Bakı şəhəri, İ.Hacıyev adına “Tərəqqi” liseyi və BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunları) , III ixtisas qrupu üzrə də 2 abituriyent (Kürdəmir rayonu, 2 saylı şəhər orta məktəbi və Bakı şəhəri, 220 saylı məktəb-liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə göstərib.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir