Modern.az

700 bal toplayan: “Bir ilkə imza atdım”

700 bal toplayan: “Bir ilkə imza atdım”

26 İyul 2016, 11:55

 

“Bu günə qədər Kürdəmirdə 700 bal toplayan olmamışdı. Bu ilkə mən imza atdım. Buna görə də çox sevinirəm”.

 

Bu sözləri Modern.az-a açıqlamasında iyulun 23-də III ixtisas qrupu üzrə keçirilən imtahanda iştirak edərək 700 bal toplayan Kürdəmir rayonu 2 saylı şəhər orta məktəbin məzunu Təbriz Qasımov deyib.

Təbriz bildirib ki, məktəbdə bütün fənnləri yaxşı oxumağa çalışırmış:

“Orta məktəbdə bütün fənləri yaxşı oxumağa çalışırdım. Əsasən də öz ixtisas qrupuma aid olan fənnləri xüsusi diqqət yetirirdim.

 

Məktəbdə hər zaman yüksək bal toplayanlara maraqlanırdım. Yüksək bal toplayanlara baxanda inanırdım ki, bir gün mən də ən yüksək balı toplaya bilərəm. Yüksək bal toplayanlar mənə xüsusi stimul və güc verirdi. Sınaq imtahanlarında yüksək ballar yığmaq məni 700 bal toplamağa daha da həvəsləndirirdi”.

O söyləyib ki, evin tək oğlu olduğu üçün 700 bal toplaması ailəsinin xüsusi sevincinə səbəb oldu:

 

“Ailədə evin tək oğluyam nə bacım və nə də qardaşım var.700 bal toplamağım ailəmə çox böyük sevinc gətirdi.

Ya Bakı Dövlət Universitetinin ya da Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini seçəcəm. Çünki kiçik yaşlarımda hüquqşünas olmaq ən böyük arzum idi”

700 bal toplayan gələcək abituriyentlərə də səslənib:

 

“Hazırlıq dövründə ailədən, müəllimlərimdən və dostlarımda mənə xüsusi mənəvi dəstək gəlirdi. Buna görə onların hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm. Nə yaxşı ki onlar var”.

 

Abituriyentlərə tövsiyə edirəm ki, dərslərini ciddi oxumaqla yanaşı istirahətlərinə də vaxt ayırsınlar. Özlərini həddindən, normadan artıq yükləyib beyinlərini çox yormasınlar”.

 

Xatırladaq ki, bu ilin qəbul imtahanlarınmda II ixtisas qrupu üzrə 2 abituriyent (Bakı şəhəri, İ.Hacıyev adına “Tərəqqi” liseyi və BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunları) , III ixtisas qrupu üzrə də 2 abituriyent (Kürdəmir rayonu, 2 saylı şəhər orta məktəbi və Bakı şəhəri, 220 saylı məktəb-liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə göstərib.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir