Modern.az

DİN-dən yanğınla bağlı AÇIQLAMA

DİN-dən yanğınla bağlı AÇIQLAMA

26 İyul 2016, 12:05

Daxili İşlər Nazirliyi (DİN) Suraxanı rayonu, “Yeni Günəşli”  V yaşayış sahəsində 9 mərtəbəli binadakı mənzildə baş verən yanğınla bağlı məlumat yayıb.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, hadisə iyulun 25-də saat 21 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi V yaşayış sahəsində yaşayan Valentina Zaqayevskayanın mənzilində yanğın baş verib.

 

Nəticədə 54 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Xəsarət almış V.Zaqayevskayaya, nəvələri Nərminə və Kamrana xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir