Modern.az

Qənirə Paşayeva britaniyalı və belçikalı deputatlarla görüşüb

Qənirə Paşayeva britaniyalı və belçikalı deputatlarla görüşüb

26 İyul 2016, 12:36

Millət vəkili Q. Paşayeva Böyük Britaniya və Belçika millət vəkilləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.  

  Millət vəkili Qənirə Paşayeva Böyük Britaniya Parlamentinin üzvü Lord Northbookla görüşüb və Qarabağ münaqişəsindən danışıb. Lord Northbookla görüşdən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycanın Böyük Britaniya ilə bütün istiqamətlərdə əlaqələrin inkişafına böyük önəm verdiyini deyib. Azərbaycan ilə Böyük Britaniya arasında həm hökumətlərarası, həm də qanunvericilik orqanları arasında əməkdaşlığın daha da inkişaf etdiyini deyən millət vəkili Qənirə Paşayeva bu əməkdaşlığın hər iki dövlətin təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində də getdikcə daha da inkişaf etdiyini deyib. 

Millət vəkili Q. Paşayevanın Belçikada Flaman Bölgənin Türk kökənli millət vəkili Güler Turanla görüşdə də Xocalı Soyqırımından danışıb. Görüş zamanı millət vəkili Q.Paşayeva Güler Turana Azərbaycanın öz müstəqilliyini yenidən əldə etməsi illərində Ermənistanın etnik təmizləmə siyasəti apararaq 200 mindən çox azərbaycanlını Ermənistandan öz tarixi ata-baba yurdlarından, torpaqlarından zorla çıxarması, Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələri, qəbiristanlıqları dağıtmaları, dinc azərbaycanlılara qarşı törətdikləri soyqırımılar, Xocalı, Qaradağlı, Bağanıs Ayrım soyqırımları, rəsmi İrəvanın 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki öz evinə, öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. Belçikada harada doğulmasından asılı olmayaraq təxminən 170 mindən çox Türk kökənli insanların yaşadığını vurğulayan Qənirə Paşayeva bunun çox böyük bir güc olduğunu və səsimizin Belçika ictimaiyyətinə daha geniş çatdıra bilməyimiz üçün böyük bir potensial olduğunu və səylərin birləşdirilməsinin və gücləndirilməsinin vacibliyini bildirib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər