Modern.az

Nazirlik bu il işlə təmin etdiyi şəxslərin sayını AÇIQLADI

Nazirlik bu il işlə təmin etdiyi şəxslərin sayını AÇIQLADI

İqtisadiyyat

26 İyul 2016, 13:09

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işsiz və işaxtaran şəxslərin əmək bazarına inteqrasiyası, aztəminatlı ailələr üçün aktiv sosial müdafiə tədbirlərinin təşkili, qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Modern.az Nazirliyin mətbuat xidmətinə isitnadən xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu ilin 6 ayında təqdim edilmiş vakansiyalar əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə 44524 nəfər şəxsin münasib işlə təmin edildiyini, 550 nəfərin ödənişli ictimai işlərə cəlb olunduğunu, Əmək Birjaları vasitəsilə 1135 nəfərin müvəqqəti işlərə göndərildiyini bildirib: “Həmçinin  8 ali təhsil ocağında məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədi ilə “Karyerada ilk addım” devizi altında keçirilən 259 müəssisə tərəfindən 1452 boş (vakant) iş yerləri təqdim olunub, bu tədbirlərdə 2115 nəfər məzun və tələbənin şəxsi məlumatları qəbul olunub,  177 nəfərə boş (vakant) iş yerlərinə göndərişlər verilib, 95 nəfər peşə hazırlığı kurslarına cəlb olunması üçün qeydiyyata alınıb. Əmək bazarına çıxan gənclərin mövcud əmək bazarında formalaşan tələb və təklif barədə məlumatlandırılması da diqqətdə saxlanılır. Belə ki, ölkənin aparıcı  ali təhsil müəssisələrində  quraşdırılmış 129 elektron informasiya köşkü, habelə müvafiq internet saytı vasitəsilə gənclərə məşğulluq orqanlarına təqdim olunmuş vakansiyalara dair daim yenilənən məlumatları öyrənmək imkanları yaradılıb”.

 

Peşə hazırlığı və əlavə təhsil kurslarının mühüm bir hissəsinin Dövlət Məşğulluq Xidmətinin regional peşə tədrisi mərkəzlərində təşkil edildiyini bildirən nazir Xidmətin Bakı şəhərindəki və Göyçay rayonlarındakı Regional Peşə Tədrisi Mərkəzlərinin maddi-texniki bazasının gücləndirilməsi işlərinin görüldüyünü, Gəncə şəhərində də Regional Peşə Tədrisi Mərkəzinin yaradılması yönündə işlər aparıldığını diqqətə çatdırıb.

Müşavirədə aktiv məşğulluq tədbirlərinin icra vəziyyəti nəzərdən keçirilərək, aztəminatlı ailələrlə bağlı özünüməşğulluq proqramının praktik icrası sahəsində görüləcək işlər, məşğulluq orqanlarının bu sahədə üzərinə düşən vəzifələr diqqətə çatdırılıb, onlara aidiyyəti üzrə konkret tapşırıqlar verilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir