Modern.az

Ərdoğan baş yavər vəzifəsini ləğv etdi

Ərdoğan baş yavər vəzifəsini ləğv etdi

Dünya

26 İyul 2016, 16:31

Türkiyədə prezidentin baş yavəri vəzifəsi ləğv edilib.

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Prezidentin yavəri vəzifəsinin ləğvi barədə bu barədə Rəcəp Tayyip Ərdoğan bu gün sərəncam imzalayıb.

Yerli medianın qənaətinə görə, Türkiyə prezidentinin baş yavəri Əli Yazıçının dövlət çevrilişi cəhdindən sonra saxlanılması bu postun ləğvinə gətirib çıxarıb. 

Bundan sonra Beştəpədəki prezident iqamətgahının təhlükəsizliyi üçün çiyindən atılan raketli silahlar yerləşdiriləcək. Yaranacaq hər hansı təhlükəyə Beştəpədən raketlə cavab veriləcək.

Xatırladaq ki, Türkiyədə baş yavər vəzifəsi Türkiyə Cümhuriyyətinin ilk prezidenti Mustafa Kamal Atatürk tərəfindən 1920-ci ildə təsis edilmişdi

 

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı