Modern.az

Şirvandakı partlayışda yaralananların sayı 20-ə çatdı

Şirvandakı partlayışda yaralananların sayı 20-ə çatdı

26 İyul 2016, 17:43

Şirvandakı partlayışda yaralananların sayı 20 nəfərə çatıb. Bu barədə Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, hadisə nəticəsində ölən yoxdur.

 

İyulun 26-da saat 15:30 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olmuş məlumata əsasən, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda partlayış baş verib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub