Modern.az

Mühasirəyə düşən İŞİD yaraqlıları 550 nəfəri edam etdilər

Mühasirəyə düşən İŞİD yaraqlıları 550 nəfəri edam etdilər

Dünya

26 İyul 2016, 19:09

 

“İslam Dövləti” (İŞİD) terror qruplaşamsının yaraqlıları Hələbin şimalındakı Manbice şəhərindən çıxmaqdan imtina ediblər.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, kürd könüllüləri yaşayış yerini mühasirəyə alaraq ekstremistlərə iki dəhliz vasitəsilə çıxıb getməyi təklif ediblər. Bu təklifə razılaşanları terrorçular edam ediblər. Məlumatda artıq 550 İŞİD yaraqlısının edam edildiyi vurğulanır.

 

Manbicedə əməliyyatlar artıq 3 aydır davam edir. Kürd könüllüləri şəhərin şərqindəki bir, cənubundakı iki rayonu ələ keçiriblər. Üç min kürd könüllüsünə qarşı 1,5 min yaraqlı dirəniş göstərir.

 

Şəhərdə küncə sıxılan ekstremistlər mühasirəni yarıb hətta gecələr əks-hücuma keçirlər. İŞİD yaraqlılarını ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava zərbələri də saxlaya bilmir. Müttəfiqlərin təyyarələri şəhəri bombalayır, ancaq nəticədə dinc sakinlər ölürlər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar