Modern.az

Əsgər yeməyindən soxulcan və tarakan çıxdı – FOTOLAR  

Əsgər yeməyindən soxulcan və tarakan çıxdı – FOTOLAR   

26 İyul 2016, 21:08

Ukrayna prezidenti Pyotr Poroşenkonun müşaviri Yuri Biryukov ölkənin silahlı qüvvələrində hərbçilərin qidalanma vəziyyətindsən şikayətlənib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, o, bununla kifayətlənməyərək əsgərlərə verilən yeməyin içindəki soxulcan və tarakanın fotosunu da yayıb.

“Hərbi hissələrdən birinin səkkiz döyüşçüsü tibb məntəqəsinə zəhərləndikləri üçün müraciət edib. Yerli komandanlığın reaksiyası ildırım sürətli idi - döyüşçülərlə "tərbiyəvi" söhbət aparılıb, onlar özlərini “çoox gözəl” hiss edirlər”, - dövlət başçısının müşaviri qeyd edib.

Ancaq Biryukov təqdim etdiyi fotoların hansı hərbi hissədə çəkildiyini açıqlamayıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi