Modern.az

Şirvan şəhər morquna iki meyit gətirilib - Yenilənib

Şirvan şəhər morquna iki meyit gətirilib - Yenilənib

26 İyul 2016, 22:08

Müdafiə Sənayesi Nazirliyinin yaydığı məlumata görə, artıq partlayış zamanı iki nəfərin öldüyü  dəqiqləşib. Məlumata görə, hadisə nəticəsində ”Araz” zavodunun iki  əməkdaşı – Ağamir Allahyar oğlu Məmmədov və İlhamə Əsgər qızı  Nuriyeva dünyasını dəyişib.

 

22:03

 

Şirvandakı "Araz" zavodunun saxlanc anbarında baş verən partlayşda həlak olduğu deyilən iki nəfərin yanmış meyiti Şirvan şəhər morquna gətirilib. Modern.az saytı xəbər verir ki, bu barədə Musavat.com-un hazırda Şirvan şəhərində olan əməkdaşı məlumat verib.

Onun sözlərinə görə, morqa meyiti gətirilən şəxslərin kimliyi barədə jurnalistlərə açıqlama verilməsə də ehtimal olunur ki, bunlar partlayış zamanı itkin düşdüyü bildirilən şəxslər ola bilər. Onlardan biri qadın, digəri kişidir. İtkin düşən qadının adı İlahə Həsənovadır, kişi isə zavodda 3 aydır sürücü işləyən Ağamir Məmmədovdur. A.Məmmədovun 58 yaşı var.

 

A.Məmmədovun oğlu İlkin əməkdaşımıza bildirib ki, partlayan mərmilərdən biri onun atasının idarə etdiyi maşının damıına düşüb və damı əyib, ön şüşəni sındırıb. Ancaq maşında qan ləkələri olmadığından İlkin atasının sağ olduğuna ümid edir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir