Modern.az

Deputat parlamentdə pornoya baxarkən tutuldu

Deputat parlamentdə pornoya baxarkən tutuldu

Dünya

26 İyul 2016, 22:45

Parlamentin iclasında pornoqrafiyaya baxanda tutulan Ukrayna Ali Radasının deputatı Vyaçeslav Konstantinovski deyib ki, bu xəbər yayılandan sonra arvadı ilə ödənişli kabel televiziyasını izləyiblər və uzun müddət yuxuya gedə bilməyiblər. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, o bu haqda özünün Facebook səhifəsində yazıb.

“Əgər mənim telefonumdakı videoya diqqətlə baxılsa, aydın olacaq ki, erotik fotoları öz arvadıma göndərirəm”, - deputat bunu da vurğulayıb.

Konstantinovski iyulun 25-də parlamentin iclasında pornoqrafiyaya baxmasını əsas duyğuları və sessiya zalındakı klounlarla izah edib. Deputat məhkəmə sisteminə aid olan qanun layihələrindən birinin müzakirəsi zamanı pornoqrafiyaya baxırmış.

Konstantinovski iri biznesmendir. O 2014-cü ildə şəxsi “Rolls-Royce Phantom” avtomobilini satıb pulunu Donbasdakı hərbi döyüşlərin iştirakçılarına göndərəcəyini elan etməsi ilə məşhurlaşıb. O, vədini parlament seçkiləri ərəfəsi kampaniya zamanı yerinə yetirib.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!