Modern.az

"Qarabağ"  Çexiyadan qolsuz bərabərliklə dönür

"Qarabağ"  Çexiyadan qolsuz bərabərliklə dönür

Aktual

27 İyul 2016, 00:08

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunlarına start verilib. Modern.az saytı xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" klubu Çexiyada "Viktoriya"nın qonağı olub.

"Dusan Arena"da keçirilən "Viktoriya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayıb.

Oyunun ilk hissəsi meydan sahiblərinin üstünlüyü ilə keçsə də, qapılara qol vurulmayıb.

75-ci dəqiqədə isə "Viktoriya"nın  futbolçusu Yan Baranek ikinci sarı vərəqə alaraq oyundan kənarlaşdırılır. Sonrakı dəqiqələrdə "Qarabağ" oyunda üstünlüyü ələ alsa da, qol vura bilməyib. Beləliklə, oyun heç-heçə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 2-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır