Modern.az

Türkiyə “Türk axını”nın tikintisinə başlamağa hazırdır

Türkiyə “Türk axını”nın tikintisinə başlamağa hazırdır

Aktual

27 İyul 2016, 00:59

Türkiyə “Türk axını” qaz boru layihəsinin birinci xəttinin tikintisinə başlamağa hazırdır, danışıqlar davam etdirilir. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi bildirib.

 

“Mən düşünmürəm ki, söhbət burada bu layihələrin icrasının mümkünsüzlüyündən gedir -, deyə nazir bildirib. 

 

“Layihənin reallaşdırılması ilə bağlı məsələnin nizamlanmasına dair siyasi qərar mövcuddur”, - deyə Zeybəkçi bildirib.

 

Qeyd edək ki,  illik ötürmə gücünün 63 mlrd. kubmetr olduğu “Türk axını” qaz borusunun tikintisinə dair saziş 2014-cü ildə imzalanıb. Sonradan layihə iki ölkə arasında münasibətlərin pozulması səbəbindən dondurulmuşdur.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır