Modern.az

TQDK-dan kolleclərə qəbul olanlara XƏBƏRDARLIQ

TQDK-dan kolleclərə qəbul olanlara XƏBƏRDARLIQ

27 İyul 2016, 11:46

Bu gün 10:00-a olan məlumata əsasən, kolleclərə qəbul olan 8922 abituriyentdən cəmi 50 faizi qeydiyyatdan keçib.

 

Bu barədə Modern.az-a Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

 

Məlumata görə, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar  29 iyul saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

 

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcəkdir.

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər