Modern.az

SOCAR-ın kranı dənizə AŞDI: ölən var

SOCAR-ın kranı dənizə AŞDI: ölən var

27 İyul 2016, 12:25

“Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma bölümündə istehsalat qəzası baş verib.

 

Bu haqda SOCAR-ın mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, iyulun 26-da saat 18-00 radələrində Palçıq pilpiləsi yatağında 1043-1284 nömrəli meydançalararası estakadanın təmiri zamanı ekskavator-kranla dirək borusu (svay) qaldırilarkən tarazlığın pozulması nəticəsində kran aşaraq dənizə düşüb.

 

Hadisə zamanı 5-ci dərəcəli quraşdırıcı (briqadir) Namik Məmmədov da kranla birgə dənizə düşərək suda boğulub.

 

Namik Məmmədovun meyiti dalğıclar tərəfindən dənizdən çıxarılmış, lazımi prosedurlar aparılıb. Hadisənin baş vermə səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır. Əlavə məlumat veriləcək.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır