Modern.az

Şirvandakı partlayışda zərərçəkənlərə müavinət veriləcək, dəfn xərcləri ÖDƏNİLƏCƏK

 Şirvandakı partlayışda zərərçəkənlərə müavinət veriləcək, dəfn xərcləri ÖDƏNİLƏCƏK

27 İyul 2016, 13:23

 

Müdafiə sənayesi naziri Yavər Camalov Şirvan “Araz” zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alan, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına və Diaqnostika Mərkəzinə yerləşdirilən yaralıları ötən gün ziyarət edib və səhhətləri ilə maraqlanıb.

 

Bu barədə Modern.az-a  nazirlikdən məlumat verilib.

 

Nazir bu gün hadisə nəticəsində dünyasını dəyişən zavodun iki əməkdaşının dəfn mərasimində iştirak edib.

 

Y.Camalovun tapşırığına əsasən zərərçəkənlərə və onların yaxınlarına qanunvericilikdə nəzərdə tutulan müavinətlərlə yanaşı, dəfn mərasiminin bütün xərcləri və digər zəruri xərclər müəssisə tərəfindən ödənilir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir