Modern.az

TQDK feldşer ixtisasına qəbul imtahanı keçirəcək

TQDK feldşer ixtisasına qəbul imtahanı keçirəcək

27 İyul 2016, 14:13

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 29-da Müdafiə Nazirliyinin hərbi liseylərinə və Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı keçirəcək.

 

Bu barədə Modern.az-a Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

 

 İmtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 3 binada təşkil olunacaq.

 

İmtahanda 1694 abituriyentin (Bakı şəhərində 1023 nəfər, Naxçıvan şəhərində 671 nəfər) iştirakı nəzərdə tutulur. Onlardan 118 nəfəri Hərbi Tibb Məktəbinə, 1576 nəfəri isə hərbi liseylərə imtahan verəcək.

 

İmtahanın idarə olunmasına 15 imtahan rəhbəri, 140 nəzarətçi-müəllim cəlb edilib.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq və 2 saat davam edəcək.

 

İmtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər.

 

Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

 

Abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əslini;

- "İmtahana buraxılış vərəqəsi"ni.

 

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir