Modern.az

"Nikah haqqında sənədin tələb olunması absurddur"

"Nikah haqqında sənədin tələb olunması absurddur"

27 İyul 2016, 16:26

İki gün əvvəl Bakıdakı şadlıq saraylarından birində eynicinslilərin toy mərasiminin baş tutması cəmiyyətdə ikrah hissi oyatmaqla bərabər, sahibkarın da tənqid atəşinə tutulmasına rəvac verdi.

Statistik rəqəmlər göstərir ki, ailə qurub, toy edənlərin əksəriyyəti rəsmi nikaha daxil olmur. Bu isə ailə həyatının növbəti mərhələlərində bir çox problemlərin meydana gəlməsinə səbəb olur.

Cəmiyyətin birmənalı yanaşmadığı bu kimi halların yaşanmaması üçün şadlıq sarayını hansısa özəl günü üçün kirayəyə götürənlərdən nikah haqqında şəhadətnamə tələb olunması çözüm ola bilərmi?

Tanınmış hüquqşünas Şəfiqə Nağıyeva Modern.az saytına deyib ki, ümumiyyətlə rəsmi nikah olmadan dini nikahların kəsilməsi qanunla yolverilməzdir:

“Bəzi ailələr var ki, yalnız dini nikah kəsdirməklə kifayətlənir, rəsmi nikaha əhəmiyyət vermirlər. İndiki halda qanunvericiliklə dini nikah yalnız rəsmi dövlət qeydiyyatından keçmiş şəxslər üçün kəsilə bilər.

Əgər xanımla bəydən söhbət gedirsə, onlar qeydiyyat orqanına müraciət edərək bir ay gözləyir. Hətta olur ki, nikahları toy mərasimi vaxtı da bağlana bilir. Qeydiyyat idarəsinin müdiri mərasimə gəlir və nikahı rəsmiləşdirir.

Əgər xanım və bəy qeydiyyat orqanına müraciət etmədən uzun illər bir yerdə yaşayırlarsa, gələcəkdə hüquqi cəhətdən heç nələri olmur. O qədər belə qadınlar müraciət edir ki, “ərimdən ayrıldım aliment ala bilmirəm”, “məni evdən çıxardırblar” deyərək kömək istəyirlər.

Eynicinslilər məsələsinə gəlincə, ekspert bunun qəti əleyhinə olduğunu bildirib:

“Mən ümumiyyətlə, bir hüquqşünas, vəkil, Azərbaycan qadını, ana kimi eynicinslilərin toy etməsinə, bu cür münasibətlərinə qarşıyam. Bununla bağlı qanunun olması da doğru deyil. Onlar barəsində danışmaq belə istəmirəm”.

 

Tanınmış hüquqşünas Aslan İsmayılov Modern.z saytına deyib ki, qanunvericilikdə hansısa şadlıq sarayında toy, nişan mərasimi keçirilməsi üçün nikah haqqında sənədin tələb olunması absurd olardı:

“Mən  tələb edilən məbləği ödəyəndən sonra şadlıq sarayında toy edirəm, nişan keçirirəm, ad günü keçirirəm kimə nə aidiyyatı var?!

Ümumiyyətlə, son vaxtlar otellərdə nikah haqqında şəhadətnamə tələbi qoyulur. Dünyanın heç bir yerində belə bir biyabırçılıq yoxdur. Heç kim özü ilə nikah şəhadətnaməsi daşımır”.

Hüquqşünas hesab edir ki, nikah haqqında şəhadətnamə tələbinin qoyulması qanunsuz nikahların da qarşısının alınmasında çözüm ola bilməz.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi