24 aprel 2018, Çərşənbə
Ana Səhifə - REPORTAJ - Azərbaycan bu şəhidi unutmayacaq - FOTOLAR
Azərbaycan bu şəhidi unutmayacaq - FOTOLAR +
27.07.2016, 16:28

Vətəni qibləgah edən şəhidlər - XXIX


Uca Tanrımız  Şəmkirın təbiətindən gözəl olan heç nəyi əsirgəməyib. Təbiətin gözəlini də, insanların safını da bu yerlərə bəxş edib. Ötən əsrin 1924-cü ilində İstanbulda çap olunan kitablardan birində Şəmkirin adının izahını verən alim yazır ki, Şəmkir “Şəms-günəş”  və  “kir-   tapınan” mənasındadır. “Günəşə tapınanlar” yurdu deməkdir. Bu Günəşin çox sevdiyi Yerlə həmahəng olduğu torpaqlar qədim tarixdən bu yana  nə qədər müharibələrin, qan-qadaların, qalibiyyət və məğlubiyyətlərin şahidi olub. 
1819-cu ildə burada almanlar yaşayıb.  Təxminən I əsrdən sonra isə Sovet quruluşu almanları bu yerlərdən sürgün edib. Almanlar özləri köçüb getsələr də, Şəmkirdə yaratdıqıları alman şəhər mədəniyyəti, inkişaf və yaxşı yaşamaq adəti insanları tərk etməyib. Gözəl təbiətdən zövq alan insanlar hər zaman gözəl yaşamağa can atıblar. Özləri üçün qurduqları səliqəli təsərrüfatlarla, tikdikləri gözəl evlərlə, qədim ata yurdları ilə şəhəri və hətta kəndləri də respublikamızın bir çox rayon mərkəzlərindən fərqli tərzdə inkişaf etdiriblər. Şəmkir rayonunun hər tərəfindən bol bərəkət və gözəllik yağır. Gözəl kəndlərindən, yurdlarından biri də Düyərli kəndidir.


Şəhid Altun Dəmirlinin  evini bizə kənd sakini Fəridə xanım göstərdi. Özü də bizimlə birlikdə  qonşusunun evinə gəldi. Fəridə xanımın dili ağzına sığmırdı. Şirin söhbətləri və xatirələri ilə Altunu öyürdü:

 
- Bizim kəndimiz hələ belə izdiham görməmişdi. Altunun cənzəsini kəndin və Şəmkirin balacadan tutmuş böyüyünə qədər hamı – cavanları, kişiləri çiyinlərdində gəzdirdilər. Hamı onun şərəfinə qəhrəmanlıq mahnıları oxuyurdu. O uşaq bir başqa aləm idi. 18 yaşında əsgər getdi. Əsgər gedənə qədər bu kənddə öz hörmətini qazanmışdı. Allahına, dininə çox bağlı adam idi. Neçə gənci də öz ətrafına yığıb namaz qılmağı öyrətmişdi. Kəndimizin ağsaqqalı Qədim dayı rəhmətə getdi. Onun məzarının içərisinə özü girdi. Meyiti torpaqda özü rahatladı. Heç yaşlı-başlı kişilər ürək edib məzara baxa bilmirlər. Bunun günü-güzəranı məsciddə keçirdi. İstəyirdi hamıya yardım etsin. Kəndimizin bir toyu, bir məclisi onsuz olmurdu. Cavanları başına yığıb, həmin ev sahibinin toyunu, məclisini yola verirdi. Əllərindən gələn köməyi əsirgəməzdilər. Çox pis ayrılıq oldu. Artıq  4 ay keçib, lakin inanın ki, kənd hələ də özünə gələ bilmir. Hər evdə, hər ocaqda, hər məclisdə Altunun yeri görünür.

 

...Yaşı 70-i haqlamış Mehriban nənənin yumaq saçlarının işığı üzünə düşüb. Gözlərində isə kədər var. Danışanda əlləri, dodaqları, nurlu sifətinin əzaları da titrəyir. Dərd nənəni lap yumağa döndərib. Elə bil ki, oturduğu yerdə bir bəyaz heykəldir nənə. Altun haqqında xatirat yazdığımı biləndə göz yaşını bulaq kimi axıtdı:


- Ay qızım, Altun məni ağlar qoydu, sinəmə dağlar çəkdi. Sağıma baxıram, soluma baxıram, balamı axtarıram.  Gülşən mənim qızımdır. Onun gözlərinə baxa bilmirəm. Balam bu cavan yaşında bala dağı çəkdi ürəyinə. Nə deyim, evimin işığı, yaraşığı gedib.


Evin baş tərəfində Azərbaycan bayrağı asılıb. Altındakı stolun üstündə isə bütün şəhid ailələrində olduğu kimi, aprel döyüşündə həlak olan oğlanın guşəsi yaradılıb. Burada Altundan yadigar qalan  müxtəlif əl işləri, şəkillər var. Bir də ki 2010-cu ildə Altun Dəmirlinin hələ məktəbdə oxuyarkən, 13 yaşı olanda  Mübariz İbrahimov üçün düzəltdiyi albom. Mübariz İbrahimovun əlində qumbaraatn silah, Azərbaycan bayrağı, balaca Altunun Vətən haqqında yazdığı ürək sözləri... Bir də ki, idmanda qazandığı qələbələrdən sonra aldığı çoxsaylı medalları.  Anası Gülşən İsgəndərova sevib-oxşayır bu güşəni, lakin Altunun yoxluğuna inanmır:


- Gözləyirəm, elə bilirəm ki, bu dəqiqə qapıdan girəcək. Qardaşı Məftun ondan balacadır. Gəlib uzanır bu döşəmədə. Elə səssiz-səssiz-səssiz baxır  şəkillərinə. 

Gülşən Altunun atası Fərmanla 1992-ci ildə ailə həyatı qurublar. Bir az sonra da torpaqlarımızı ermənilər zəbt ediblər. O illərdə  artıq Azərbaycanda  şəhid xəbərləri ailələrin qapısını döyməyə başlayırdı. Gülşən nə biləydi ki, 24 ildən sonra onun da taleyində  “Oğlunuz şəhid olub” adlı qara bir xəbər var.

Tanrı uzun illərin gözləntisindən sonra, 1997-ci il sentyabrın 1-də Altunu onlara pay verdi. Fərmanın həyətində quzular qurban kəsildi. Altun bu evə toy sədaları ilə daxil oldu.  2003-cü il  sentyabr ayının 1-də 6 yaşı tamam olan gün, bu həyətdən məktəbə də çal-çağırla yola düşdü. Elə  ilk zəng günü Vətən haqqında şeir də söylədi. Bütün məktəb onun şeir deməsinə heyran qalmışdı. O gün bu gün, böyüyə-böyüyə hər kəslə ünsiyyət tapdı, uşaqların-böyüklərin qayğısına qaldı. Məktəbin təsərrüfat işlərində bütün müəllimlrinə kömək elədi. Bir də idman uğurları ilə hər dəfə məktəbinin adına şərəf gətirdi.

Və bir də 2015-ci ilin oktyabr ayında Fərmanın həyətində yenə məclis quruldu. Qohum-əqraba  Düyərli kəndinin bu hündürboylu, şux qamətli, enli kürəkli oğlunu əsgər yola salırdı. Anası 18 yaşlı oğlunu döyüş meydanına, ər meydanına çal-çağırla göndərdi. Oğluna əmin idi, bilirdi ki, ürəklidir, bilirdi ki, qüvvətlidir. 

Qohum-dostun yığıldığı məclisdə  Altun fürsətdən istifadə edib, dünyalarca sevdiyi bibisi Azadə xanımın kürəyinə bir əl vurub “bibi, 25 ildir ki, torpaqlarımız işğal olunub, o torpaqlar məni gözləyir. Mən gedirəm ki, Vətəni xilas edim, Mübariz kimi şəhid olum” deyib. Azadə xanım , sözdən diksinsə də, dərinliyinə varmayıb.



Anası  Gülşən İsgəndərova:


- Altun məktəbdə çox yaxşı oxuyurdu. Atası rəngsazdır. Mahalımızın ən yaxşı ustası kimi tanınır. Altun da 8-ci sinfin yay tətilindən sonra atasına qoşulub rəngsazlıq peşəsini öyrənməyə başladı. Və dedi ki, elə atasının yolunu davam etdirəcək. Çox səliqəli idi. Nə iş görsə, gözəl alınırdı. Hələ 16 yaşı olanda atasına demişdi ki, “elə et mən tez əsgər gedim”. Əsgər getməzdən əvvəl Bakıya getdi, bütün məscidləri ziyarət etdi. Onunla məscidə namaz qılmağa gedən uşaqlar deyirlər ki, əsgər yola düşməzdən bir-iki gün əvvəl gedib kənd məscidinə, namazda əlini göylə qaldırıb Allahdan Tərtərdə xidmət keçməsini, Mübariz kimi şəhid olmasını, Vətən torpaqlarının azad edilməsini diləyib. Elə arzusuna da çatdı. 
Hərbi hissədə qumbaraatan olmaq istədiyini deyib. Hərbi xidmətini Tərtərdə keçirdi. Aprelin 1-i atasına zəng vurub dedi ki, “yanıma gəlməyin, bizi təlimə aparırlar. Qayıdanda, özüm sizə xəbər edəcəm”. Aprelin 1-dən sonra balama zəng vurmaq mümkün olmadı.


Bibisi Azadə Tağıyeva:


-  Aprelin 1-ində qəfil savaşın başlanma xəbərini eşidəndən sonra hamımız narahat olduq.  Aprelin 7-nə kimi Altunu axtardıq. Yenə də ürəyimə qara fikir gətirmirdim. Fikirləşirdim ki, yəqin ki, xəstəxanadadır, tapılar. Lakin aprelin 7-si axşamçağı Altunun həlak olması xəbərini verdilər. Ata-anasına bu haqda demədik. Mən və bacım İradə qovrula-qovrula qaldıq.  
Qardaşım Fərmanın evi dağılmışdı... Biz belə fikirləşmirdik...  Aprelin 8-i  isə bir daha inandıq ki, artıq Altun həlak olub. “Tabutu Şəmkirə aparırlar” xəbərini eşidəndən sonra əlimiz yerdən-göydən üzüldü. Gecə ilə Bakıdan gəlib yığışdıq qardaşımın həmişə toy-bayramlı  olan evinə. Fələk bizə yaman sitəm elədi. Altun hər uşağa bənzəməzdi. O, Allaha, dinə inanırdı. Pis vərdişləri yox idi. Hərbi xidmərdə qulluq edəndə yanına getmişdik. Deyirdi ki, “ay bibi, bilmirəm bizi niyə belə yedirib-içirdirlər. Yaman yaxşı baxırlar. Əynimizdəki paltarlar da bahalı paltarlardır. Bunların əvəzinə bizi səngərə aparsalar, torpaqlarımızı geri alsaq, vətənin borcundan çıxarıq”. Onu dəfn edəndən bir neçə müddət sonra, hərbi hissəyə getdim. 6 ay idi əsgər getmişdi, lakin döyüş yoldaşları, komandiri dedilər ki, qumbara atmaq peşəsinə çox gözəl yiyələnibmiş. 8 saat düşmənlə üzbəüz cəbhədə vətən torpaqlarının azad edilməsi üçün düşmənlərə qumbara atıb. Özü də deyirlər ki, çox gözəl əhval ruhiyyədə olub. Hücum təzə başlayanda irəli göndərilib, 16 nəfərlə brigə olub. Həmin 16 nəfərdən 13-ü düşmən tərəfinin atəş və snayper güllələrindən həlak olub, 3 nəfəri isə yaralanıb. Altun da qanaxmadan həyatını itirib.


Azadə xanım bir maraqlı hadisəni də danışdı. Altun gildən, gipsdən gözəl maketlər, heykəllər düzəldərmiş. Əsgər getməzdən əvvəl gipsdən  sevdiyi qızın adı yazılmış bir ürək suveniri  düzəldib. Altun həlak olandan sonra isə onun əl işlərinin içərisinə baxanda görürlər ki, həmin ürək suveniri iki yerə bölünüb.

 
Altunun atası Fərman ustadır. El-obanın evində-həyətində rəngsazlıq edir. Lakin oğlu haqqında daha heç kimlə bir kəlmə də danışa bilmir. Çünki yol yoldaşı, köməkçisi, arzularının və yolunun davamçısı olan güvəndiyi oğlunun yoxluğuna inana bilmir. Ağlayanda-sızlayanda da gizlin ağlayır. Sən demə bu istedadlı rəngsaz atanın həm də şeir yazmaq qabiliyyəti var. Oğlu haqqında kimsəyə danışa bilmədiklərini Altunu dəfn edəndən, Vətən torpağına  tapşırandan sonra bu şeirə yazıb:

Hünər, namus, qeyrət səndə,
Düşməninə nifrət səndə.
Aslan kimi qüvvət səndə,
Sən ey qəhrəman Altunum!

Yazdın tarixə adını,
Gördü düşmən inadını.
Qırdın yağı qanadını,
Sən ey qəhrəman Altunum!

 

Verdin Vətənə borcunu,
Azaltdın sən dərd-acını.
Gördü erməni gücünü
Sən ey qəhrəman Altunum!

 

Fəxr eyləyir sənlə vətən,
Sənsən o behiştdə bitən.
Şəhid oldun, ölmədin sən,
Sən ey qəhrəman Altunum.

 

Unudarmı zaman səni,
Vətənpərvər insan səni?
Bir də Azərbaycan səni,
Sən ey qəhrəman Altunum!



Nə vaxtsa, böyük ədibimiz Seyid Əzim Şirvani də oğlunun ölümünə şeir yazmışdı. Nə ağır dərddir ataların əlacsız qalması. Oğlu ölən atalar belə olurmuş, oğlu ölən atalar, hər yerdən əli üzüləndə oğluna belə şeirlər yazarmış, belə ağlayarmış balalarını. Bu şeir Fərman İsgəndərlinin Tanrıya şikayətidir, Vətənə bağlılığıdır. Altunun sevdiyi Allahı onun dualarını tez eşidib, o dünyadakı Mübariz İbrahimov həsrətinə qovuşdurub. Altunun və Altun balamızla həmin  Qarabağ döyüşlərində canlarını qurban verib, Vətəndə  başdaşı kimi bitən şəhidlərimizin ruhu bir-birinə qovuşsalar da, Vətəndən nigarançılıqları var. O torpaqların alınmasını gözləyirlər. Ondan sonra hər kəs rahat olacaq. Yoxsa, o ruhlar, o qanlar kimsəni bu torpaqda rahat  gəzməyə, rahat yaşamağa qoymaz.


... Mehriban nənə hıçqırtılar içərisində məni yola salanda, bir də soruşdum ki, “ay ana, bəlkə nəvəni hansısa sözlə oxşamaq istəyirsən?”. Yenə ağlaya-ağlaya dedi:

“Ay qızım mən bayatıları unutmuşam. Biri yadımdadır:

Mən aşiq daşlı qala,
Torpağı daşlı qala
Qorxuram cavan öləm,
Anamın-atamın gözləri yaşlı qala...

Bunu yaz...”.


Altun Dəmirli ata-anasının arzusu ilə Düyərli kənd qəbirstanlığında dəfn edilib. Qəhrəmanın xidmətləri dəyərləndirilib və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə də təltif olunub. Düyərli kəndinin mərkəzi küçələrindən biri artıq Altun Dəmirlinin adını daşıyır.  Altunun təhsil aldığı məktəbin müəllim kollektivi isə həmin məktəbə şəhid Altun Dəmirlinin adının verilməsi üçün Müdafiə Nazirliyi və əlaqədar qurumlara imzalanmış məktublar göndərib.


Fərman qardaş, üzümü Sizə tutub deyirəm. Ürək ağısı ilə yazdığınız şeirdə olduğu kimi, Azərbaycan Altun Dəmirlini unutmayacaq!


Aida Eyvazlı


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
CANLI YAYIM
Ermənilər Sarkisyanın istefasını bayram edir
SON XƏBƏR
Bu gün Çempionlar Liqasında ilk yarımfinal olacaq   
24.04.2018, 08:49

Bu gün Çempionlar Liqasında ilk yarımfinal olacaq  

Azərbaycanlı deputat AŞ PA-da diqqəti Ermənistandakı qarşıdurmaya yönəltdi
24.04.2018, 08:39

Azərbaycanlı deputat AŞ PA-da diqqəti Ermənistandakı qarşıdurmaya yönəltdi

Manatın bugünkü MƏZƏNNƏSİ 
24.04.2018, 08:33

Manatın bugünkü MƏZƏNNƏSİ 

Bakıya 1600 yeni vaqon gətiriləcək: yükdaşımalar asanlaşdırılır
24.04.2018, 00:38

Bakıya 1600 yeni vaqon gətiriləcək: yükdaşımalar asanlaşdırılır

Azərbaycanda rektordan maraqlı addım - Bu tələbələrə ikiqat təqaüd verir
24.04.2018, 00:33

Azərbaycanda rektordan maraqlı addım - Bu tələbələrə ikiqat təqaüd verir

Azərbaycanda tibbi sığorta qayqaları dəyişdi   
24.04.2018, 00:28

Azərbaycanda tibbi sığorta qayqaları dəyişdi  

Donald Trampdan Makrona maraqlı hədiyyə   
24.04.2018, 00:24

Donald Trampdan Makrona maraqlı hədiyyə  

Armen Sarkisyan Ermənistan hökumətinin istefasını qəbul etdi
24.04.2018, 00:17

Armen Sarkisyan Ermənistan hökumətinin istefasını qəbul etdi

Neftin qiyməti  75 dollara çatdı - 4 ilin rekordu
24.04.2018, 00:15

Neftin qiyməti  75 dollara çatdı - 4 ilin rekordu

Xərçəng əməliyyatlarında nanobıçaq sınaqdan keçirilir
24.04.2018, 00:09

Xərçəng əməliyyatlarında nanobıçaq sınaqdan keçirilir

Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək
23.04.2018, 23:22

Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək

Minsk qrupunun həmsədrləri yeni bəyanat yaydı
23.04.2018, 23:16

Minsk qrupunun həmsədrləri yeni bəyanat yaydı

Alimlər qadınlarda gizli  qocalıq "xəbərçiləri"ni açıqladılar
23.04.2018, 23:02

Alimlər qadınlarda gizli  qocalıq "xəbərçiləri"ni açıqladılar

Azərbaycana yanvar-mart aylarında bu qədər turist gəlib
23.04.2018, 22:33

Azərbaycana yanvar-mart aylarında bu qədər turist gəlib

Yeni komitə sədri Fuad Muradov - DOSYE 
23.04.2018, 21:56

Yeni komitə sədri Fuad Muradov - DOSYE 

Ərdoğan əsəbiləşib iclası tərk etdi
23.04.2018, 21:53

Ərdoğan əsəbiləşib iclası tərk etdi

"Ermənistanda növbədənkənar parlament seçkiləri təyin ediləcək" - PAŞİNYAN 
23.04.2018, 21:45

"Ermənistanda növbədənkənar parlament seçkiləri təyin ediləcək" - PAŞİNYAN 

Dövlət Gömrük Komitəsinin yeni sədri kimdir... - DOSYE
23.04.2018, 21:42

Dövlət Gömrük Komitəsinin yeni sədri kimdir... - DOSYE

Daha bir gənc deputata etimad göstərildi - Miqrasiya Xidmətinin rəisi oldu   
23.04.2018, 21:33

Daha bir gənc deputata etimad göstərildi - Miqrasiya Xidmətinin rəisi oldu  

“Ceyhun Bayramov işinə hədsiz məsuliyyəti və kreativ keyfiyyətləri ilə seçilir”
23.04.2018, 21:15

“Ceyhun Bayramov işinə hədsiz məsuliyyəti və kreativ keyfiyyətləri ilə seçilir”

Məşhur türkoloqa "İlin alimi"  mükafatı verdili - AMEA-da 
23.04.2018, 21:05

Məşhur türkoloqa "İlin alimi"  mükafatı verdili - AMEA-da 

Dünyanın ən çox qazanan futbolçusu və baş məşqçisi 
23.04.2018, 20:12

Dünyanın ən çox qazanan futbolçusu və baş məşqçisi 

Turizm Agentliyinin yeni sədrinin uğurlu karyera yolu - BİOQRAFİYA  
23.04.2018, 20:01

Turizm Agentliyinin yeni sədrinin uğurlu karyera yolu - BİOQRAFİYA  

Fuad Muradov Diaspor Komitəsinin sədri təyin edildi  
23.04.2018, 19:28

Fuad Muradov Diaspor Komitəsinin sədri təyin edildi  

Prezident Nazirlər Kabinetinin yeni üzvlərini təyin etdi - SİYAHI
23.04.2018, 19:15

Prezident Nazirlər Kabinetinin yeni üzvlərini təyin etdi - SİYAHI

Soyuq silahların xaricdən qanunsuz yollarla Azərbaycana gətirilməsinin qarşısı alınıb
23.04.2018, 18:55

Soyuq silahların xaricdən qanunsuz yollarla Azərbaycana gətirilməsinin qarşısı alınıb

Ermənistana müvəqqəti olaraq Karen Karapetyan başçılıq edir
23.04.2018, 18:41

Ermənistana müvəqqəti olaraq Karen Karapetyan başçılıq edir

Putin 3 azərbaycanlıya vətəndaşlıq verdi
23.04.2018, 18:35

Putin 3 azərbaycanlıya vətəndaşlıq verdi

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı bəyanat YAYDI
23.04.2018, 18:28

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı bəyanat YAYDI

Yol Polisi sürücülərə XƏBƏRDARLIQ etdi
23.04.2018, 18:14

Yol Polisi sürücülərə XƏBƏRDARLIQ etdi

İranın qadın ağırlıqqaldıranları beynəlxalq yarışa qatılıblar
23.04.2018, 18:09

İranın qadın ağırlıqqaldıranları beynəlxalq yarışa qatılıblar

Ramiz Mehdiyev yeni nazirlərdən danışdı - VİDEO 
23.04.2018, 17:55

Ramiz Mehdiyev yeni nazirlərdən danışdı - VİDEO 

BMT-nin Əhali Fondundan media üçün seminar - qalib Türkiyəyə gedəcək
23.04.2018, 17:54

BMT-nin Əhali Fondundan media üçün seminar - qalib Türkiyəyə gedəcək

Hüseynqulu Bağırovu nazir postunda əvəzləyəcək şəxs məlum oldu - FOTO
23.04.2018, 17:44

Hüseynqulu Bağırovu nazir postunda əvəzləyəcək şəxs məlum oldu - FOTO

Eldar İbrahimov: “Sarkisyanın istefa xəbəri məni də çox sevindirdi”
23.04.2018, 17:31

Eldar İbrahimov: “Sarkisyanın istefa xəbəri məni də çox sevindirdi”

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(7.35%)
İmtahan qiymətləri normalıdr(4.41%)
İmtahan qiymətləri aşağıdır(1.47%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(73.5%)
İmtahan qiymətləri azaldılmalıdır(4.41%)
İmtahan qiymətləri artırılmalıdır(8.82%)