Modern.az

“Abituriyent əzbərçiliklə yüksək bal toplaya bilir”

“Abituriyent əzbərçiliklə yüksək bal toplaya bilir”

27 İyul 2016, 17:25

Universitetlərə qəbul imtahanlarında yüksək bal toplayan tələbələrin bəziləri universitet imtahanlarında uğurlu nəticə edə bilmirlər. Bəs bunun səbəbi nədir? Yüksək bal toplamış tələbə niyə universitet təhsilində də eyni nəticəni əldə edə bilmir?

 

Məsələ ilə bağlı təhsil eksperti Şahlar Əsgərov Modern.az-a fikirlərini bildirib.

Şahlar Əsgərovun sözlərinə görə, “ Test imtahanlarında 600-dan yüksək bal toplayan gənc özünü cəmiyyətə təqdim edir ki, mən potensiallı gəncəm. Abituriyent özünə universitet seçir. Əgər gəncin biliyi ilə ona dərs deyən müəllimin biliyi arasında fərq az olarsa gənc müəllimə qulaq asmayacaq.  Əgər belə müəllimlər çox olarsa gənc ümumiyyətlə oxumağa əhəmiyyət verməyəcək. Müəllimin biliyi tələbənin biliyindən 100 dəfə çox olmalıdır. Bilik suya bənzəyir, su hündürdən axır. Bilikdə də elədir ki, dərin bilikdən dayaz biliyə axacaq, əgər biliklər fərqi azdırsa axmayacaq. İndi universitetlərdə “Sabah” qrupları yaradılıb. Yüksək bal toplayan, savadlı tələbələrin “Sabah” qruplarında qatılması lazımdı. Oradakı mühazirələrdə iştirak etməklə onlar biliklərini daha da mükəmməlləşdirə bilərlər.”

 

“Burada başqa səbəb isə o ola bilər ki, abituriyentin biliyi ekvivalent deyil, əzbərçiliklə yüksək bal toplaya bilir. Daha sonra real həyatda o biliklər özünü doğrultmur. Bu məsələlərin kökünü araşdırmaq lazımdır ki, bu gənclərin uğur qazanmağının qarşısını alan nədir? Kollec müəllimi ilə bakalavr, magistr səviyyəsinə dərs deyən müəllimlərin arasında fərqlər olmalıdır.”

 

Qafar Ağayev

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı