Modern.az

Bu Ali Hərbi Məktəb kursant qəbul edir - ELAN

Bu Ali Hərbi Məktəb kursant qəbul edir - ELAN

27 İyul 2016, 17:40

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin boş qalan plan yerlərinə kursant qəbulu elan edilir.

 

Bu barədə Modern.az-a Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasınndan (TQDK)  məlumat verilib.

 

Müsabiqədə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına sənəd vermiş, sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən, lakin III ixtisas qrupu üzrə test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməmiş, 200 və daha yüksək bal toplayan abituriyentlər iştirak edə bilərlər.

 

Müsabiqədə iştirak etmək arzusunda olanlar avqustun 4-dək Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə  (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q. Musabəyov küçəsi, 4) müraciət etməlidirlər.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi