Modern.az

 Şəkidə yol qəzasında 3 nəfər yaralandı

 Şəkidə yol qəzasında 3 nəfər yaralandı

27 İyul 2016, 18:15

Zəncirvari qəzada 3 nəfər yaralanıb. Modern.az Region TV-yə istinadən xəbər verir ki, hadisə saat 10:40 radələrində Şəkinin Sabit Rəhman küçəsində qeydə alınıb.

Hadisə zamanı Mersedes markalı mikroavtobus əvvəlcə VAZ 21099 markalı avtomobillə, həmin avtomobil isə Niva markalı avtomobillə toqquşub.

Nəticədə hər 3 avtomobilə ciddi ziyan dəyib. Mikroavtobustakı sərnişinlərdən 2, Nivada isə 1 nəfər xəsarət alıb.

Yaralılar dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onlardan birinin vəziyyəti ağır olduğundan əməliyyat olunub, reanimasiya şöbəsinə yerləşdirilib. İlkin ehtimala görə, qəzaya səbəb mikroavtobusun əyləc sisteminin sıradan çıxması və nəticədə işıqforun qırmızı işığında hərəkətini dayandıra bilməməsi olub.

Faktla bağlı araşdırmalar aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi