Modern.az

Bu Avropa şəhərində türk bayrağından istifadə qadağan olundu

Bu Avropa şəhərində türk bayrağından istifadə qadağan olundu

27 İyul 2016, 18:48

Avstriyanın Viner-Noyştadt şəhərində Türkiyədə dövlət çevrilişinə cəhddən sonra bu ölkənin hökumətinə dəstək mitinqlərində türk bayrağından istifadə qadağan edilib.

 

Modern.az "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, yerli hakimiyyət, həmçinin dəhlizlərdə türk bayrağını asmağı və onları avtomobillərdə yerləşdirməyi qadağan edib.

 

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir