Modern.az

Silah-sursatın saxlanılması qaydaları təsdiqlənib

Silah-sursatın saxlanılması qaydaları təsdiqlənib

27 İyul 2016, 20:57

Nazirlər Kabineti "İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş odlu silahın, onun patronlarının, digər silahın və döyüş sursatının saxlanılması Qaydası"nı təsdiq edib. Modern.az saytı xəbər verir ki, bu Qayda İnzibati Xətalar Məcəlləsinin 94.9-cu maddəsinə uyğun olaraq hazırlanan və inzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş odlu silahın, onun patronlarının, digər silahın və döyüş sursatının inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə minənədək uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi qaydalarını müəyyən edir.

 

Sənəddə inzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş silahın və ya döyüş sursatının uçotu, saxlanılması, təhvil verilməsi, habelə onların saxlanılmasına nəzarət qaydaları və bunun üçün nəzərdə tutulan məsuliyyət əksini tapıb.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir