Modern.az

İnquşetiya rəhbərinin korteji qəzaya uğradı: 3 nəfər yaralandı

İnquşetiya rəhbərinin korteji qəzaya uğradı: 3 nəfər yaralandı

27 İyul 2016, 22:30

Nazranda İnquşetiyanın rəhbəri Yunus-Bəy Yevkurovun kortejindəki “Toyota” “Nissan Primera” ilə toqquşub. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, Nazran rayonu Ekajevo kəndinin 66 yaşlı sakininin idarə etdiyi “Nissan”la toqquşma zamanı 3 nəfər xəsarət alıb.

Məlumatda hər iki avtomobilin sürücüsünün, eləcə də “Nissan”dakı sərnişinlərdən birinin yaralandığı qeyd edilir.

Polislərin sözlərinə görə, qəzanın günahkarı “Nissan”ın sürücüsü olub. O, müəyyən edilməmiş yerdə dönmə əməliyyatı həyata keçirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir