Modern.az

FED uçot dərəcəsini dəyişməyib

FED uçot dərəcəsini dəyişməyib

27 İyul 2016, 22:40

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iyunda baş tutan iclasından sonra iyun ayında əmək bazarında müsbət tendensiya müşahidə olunub, iqtisadi aktivlik isə mülayim artım nümayiş etdirib. Modern.az saytı “APA”ya istinadən xəbər verir ki, bu barədə FOMC-un iki günlük iclasının yekunlarına dair açıqlamasında bildirilir.

Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini dəyişməyərək 0,25-0,5 faiz səviyyəsində saxlayıb.

Bildirilir ki, iyun ayında məşğulluğun artması olduqca yüksək olub, bundan başqa, təsərrüfat subyektlərinin xərcləri artıb. "İnflyasiya 2 faiz səviyyəsindən aşağı olaraq qalır ki, bu da energetika sahəsində qiymət azalması ilə bağlıdır", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, ötən ilin dekabrın 16-da FED uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25 faiz rekord aşağı səviyyə ilə 0,25 faiz artırıb. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir