Modern.az

“Türkiyə üçün canımı verməyə hər an hazıram”

“Türkiyə üçün canımı verməyə hər an hazıram”

Aktual

27 İyul 2016, 22:57

Azərbaycanın millət vəkili Qənirə Paşayeva Türkiyə xaricində yaşayan türk insanının ən böyük məqsədinin Türkiyə dövlətinin yanında olmaq olduğunu vurğulayıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, deyib: “Getdiyimiz hər yerdə onun haqlı mübarizəsi müdafiə olunmaqdadır. Türkiyə də Azərbaycan qədər vətənimizdir. Sevinci sevincimiz, kədəri kədərimizdir. Azərbaycan üçün canımı verməyə hər an hazır olduğum qədər Türkiyə üçün də canımı verməyə hər an hazıram”.

Paşayeva Türkiyədə baş verən dövlət çevrilişi cəhdi zamanı dünya mətbuatının məkrli yazılar nəşr etdiyini qeyd edərək BBC televiziyasında Türkiyədəki çevriliş cəhdinə qarşı qalmaqal ifadələrin insanı şoka saldığını deyib: “Sky News” diplomatiya redaktoru Tim Marşal Adınan “çevrilişçilərin ən böyük səhvinin Ərdoğanı öldürməmək” olduğu, “Etmələrə lazım olan ilk şey Ərdoğanı öldürmək, ya həbs etmək olduğunu” söyləməsi isə insanı dəhşətə salır. Üstəlik, ingilis televiziyasında yayımlanan proqramda çevrilişə cəhd edənlərin etdiyi bəzi şeylərin sanki müdafiə edilməsi qardaş Türkiyənin necə böyük bir fəlakətdən xilas olduğunu göstərir. Amma təəssüf  ki, hələ də bəzi türk mənşəli insanlarımız anlamırlar ki, həyata keçirilən dövlət çevrilişi cəhdi, Türkiyə prezidentini öldürmək, yox etmək istəyənlərin əsas məqsədi Türkiyəni zəiflətmək, parçalamaq, region üzərində istədikləri oyunları oynamaq istəkləridir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hədəf alınmasının əsil məqsədi budur. Bu çirkli oyunların arxasında Qərbdə bir çox güclərin durduğunu görməmək isə artıq korluq olur. O üzdən indi sağçı, solçu, millətçi, dinçi olmasından, hansı ideologiya fikrində olmasından asılı olmayaraq, istər Türkiyənin daxilində, istərsə də xaricində yaşayan bizim kimi türk insanının ən böyük məqsədi Türkiyə dövlətinin yanında olmaq, getdiyimiz hər yerdə onun haqlı mübarizəsini müdafiə etməkdir. Çünki təəssüf ki, görürük ki, hətta Qərbdə bəzi televiziya qurumlarında dövlət çevrilişi cəhdini fərqli nöqtələrə toxunaraq müdafiə etməyə başlayanlar da artıb.

Qardaş Türkiyə böyük bir xəyanət dəstəsi, terror təşkilatları ilə birgə Türkiyənin güclənməsini istəməyən bəzi böyük güclərin də hədəfindədir. Türkiyənin zəifləməsi bizim də zəifləməyə, bütün türk-müsəlman məkanının zəifləməsi demək olar. O üzdən bu gün harada yaşamızdan asılı olmayaraq, Türkiyəyə və onun haqlı mübarizəsinə dəstək günüdür. Türkiyənin düşməni bizim də düşmənimizdir. Unutmamalıyıq ki, Türkiyənin güclənməsini istəməyənlər Azərbaycanın da güclənməsini istəməyəcək və istəmirlər.

Türk milləti bütün dünyaya gücünü göstərdi və inşallah, bundan sonra da göstərəcək. Allah Azərbaycana və qardaş Türkiyəyə hər zaman yardımçı olsun”.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!