Modern.az

Türkiyədəki vəziyyət BMT baş katibi ilə müzakirə edilib

Türkiyədəki vəziyyət BMT baş katibi ilə müzakirə edilib

Aktual

27 İyul 2016, 23:14

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun arasında telefon danışığı olub. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, XİN rəhbəri BMT baş katibinə Türkiyədə dövlət çevrilişinə cəhdin ordudakı kiçik qrup tərəfindən həyata keçirilməsi haqda məlumat verib.

Xarici işlər naziri bildirib ki, çevriliş cəhdi həyata keçsəydi, ölkədəki demokratiya tam süqut edəcəkdi.

BMT baş katibi Türkiyədə 15 iyul hadisələrində dünyasını dəyişmiş şəxslərə başsağlığı verib. Eyni zamanda Mövlud Çavuşoğludan dövlət çevrilişinə cəhddən sonra hüquqi çərçivədə görülən işlər barəsində məlumat alıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır