Modern.az

İrəvan qiyamçılarının liderləri həbs olunub

İrəvan qiyamçılarının liderləri həbs olunub

27 İyul 2016, 23:30

Məhkəmə İrəvanda polis alayının binasını ələ keçirmiş qiyamçı qrupun üzvü Aram Manukyanın həbs olunması barədə qərar verib. Modern.az saytı Virtualaz.org-a istinadən xəbər verir ki, bunu Novosti Armeniya-ya onun vəkili İnessa Petrosyan bildirib.

Onun sözlərinə görə, hazırda Aram Manukyan və atası Pavlik Manukyan "Erebuni" tibb mərkəzindədirlər. O, həmçinin bildirib ki, Ermənistan Milli Təhlükəsizlik Şurası Pavlik Manukyanın həbsi üçün sorğu təqdim edib, lakin məhkəmənin nə vaxt keçiriləcəyi məlum deyil.

 

Hər ikisi Cinayət Məcəlləsinin 219-cu (bina və qurğuların alınması) və 235-ci (odlu silahl və döyüş sursatını qanunsuz saxlama) maddələri ilə ittiham olunur.

 

Ermənistan Milli Təhlükəsizlik Xidməti "Təsis məclisi"nin üzvü Alek Yeniqomşyanı da saxlayıb.

 

Xatırladaq ki, Alek Yeniqomşyan ASALA terror təşkilatının üzvüdür, 1980-ci ildə Cenevrədə əlində qumbara partlayıb və o, görmə qabiliyyətini itirib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi