Modern.az

“Putin Obamaya hörmət etmir”

“Putin Obamaya hörmət etmir”

28 İyul 2016, 00:04

Rusiya prezidenti Vladimir Putin ABŞ dövlət başçısı Barak Obamaya hörmət etmir. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp bəyan edib.

“Putin Obamaya heç hörmət etmir. Əvvəla, Obama onun xoşuna gəlmir, ikincisi isə Putin Obamaya tamamilə hörmət etmir. Düşünürəm ki, seçildiyim halda Putin mənə hörmətlə yanaşacaq. Ümidvaram ki, onun xoşuna gəlirəm”, - deyə D.Tramp bildirib.

 

D.Tramp həmçinin bir sıra ABŞ KİV-lərinin onun Rusiyada biznesinin olduğu barədə məlumatı təkzib edib: “Dəfələrlə demişəm, indi də təkrarlayıram - məni Rusiya ilə heç nə bağlamır”.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub