Modern.az

Azərbaycanda 18 yaşı olmayan bəy və gəlinlərin maraqlı STATİSTİKASI

Azərbaycanda 18 yaşı olmayan bəy və gəlinlərin maraqlı STATİSTİKASI

Ölkə

28 İyul 2016, 10:11

Azərbaycanda rəsmi nikah yaşı 18 olsa da, bəzi hallarda erkən evlənmələrə də rast gəlinir. Modern.az saytı Dövlət Statistika Komitəsindən nikahları rəsmi qeydə alınmış 18 yaşadək bəy və gəlinlərin sayı ilə bağlı maraqlı məlumat əldə edib.

Məlum olub ki, təkcə ötən il evliliyi rəsmən qeydə alınmış 18 yaşadək bəy və gəlinlərin sayı 391 nəfər olub. Bunlardan cəmi 3 nəfəri yaşı 18-ə çatmayan bəy olub. 388 nəfər isə 18 yaşına çatmamış gəlinlərdir.

Rəsmi statistikadan belə məlum olur ki, 18 yaşadək nikaha daxil olanların sayında nəzərəçarpacaq dərəcədə azalma baş verib. Belə ki, 2014-cü ildə 481 nəfər (2 oğlan, 479 qız) 18 yaşına çatmadan rədmi nikaha girib. 2011-ci ildə rəsmi nikah yaşından əvvəl evlənənlərin sayı 5149 nəfər (11 oğlan, 5138 qız) olub. 2008-ci ildə bu rəqəm maksimum həddə - 5579 (35 oğlan, 5544 qız) olub.
 
Dövlət Statistika Komitəsindən bildiriblər ki, 18 yaşadək nikaha daxil olanların sayındakı azalmanın müşahidə olunmasının əsas səbəbi Azərbaycanda ailə qurmaq üçün minimum yaş həddinin kişilərlə bərabər qadınlar üçün də 18 yaşa qaldırılmasıdır.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir