Modern.az

“Petkim”in yeni azərbaycanlı baş direktoru - FOTO

“Petkim”in yeni azərbaycanlı baş direktoru - FOTO

28 İyul 2016, 10:36

"Petkim Petrokimya Holding A. Ş."-yə yeni baş direktor təyin olunub.

 Modern.az-ın xəbərinə görə, şirkətin yeni baş direktoru vəzifəsinə  Anar Məmmədov  gətirilib.

 Anar Məmmədov həm də SOCAR-ın Yunanıstandakı törəməsinin ("SOCAR Greece") rəhbəri olub.

 Xatırladaq ki, "Petkim Petrokimya Holding A. Ş." neft-kimya kompleksinin baş direktoru Saadettin Korkut dünən saxlanılıb.

 

Korkut həbsdən öncə holdinq rəhbəri tutduğu vəzifədən istefa verib.

 

Holdinqdə  onunla əlaqəsi olan digər müəssisələrin də rəhbərliyində təmsil olunan bir neçə şəxsin işindən uzaqlaşdırıldığı iddia olunur.

 

Ümumilikdə, faktla bağlı 200-dən çox şəxs işdən uzaqlaşdırılıb. Onların arasında "SOCAR Turkey Energy" şirkətinin ictimaiyyətlə əlaqələr üzrə bölmənin rəhbəri Ömər Adsız, STAR zavodunun insan resursları üzrə direktoru Fuat Ulagay və onun "SOCAR Turkey Energy"dən olan həmkarı İlqar Mehmetoğlu, "SOCAR Turkey Energy"nin elmi tədqiqat üzrə direktoru Çetin Korkut da istefa verib.

 

Onların işdən uzaqlaşdırılmasına səbəb Fətullag Gülənin təşkilatı ilə əlaqələrinin olmasıdır.

 

 

Ağa AKİFOĞLU

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir