Modern.az

Rusiyada azərbaycanlı məhbuslar qiyam etdilər

Rusiyada azərbaycanlı məhbuslar qiyam etdilər

28 İyul 2016, 11:17

Xakasiyadakı həbsxanada baş verən qiyamın təşkilatçılığında təqsirkar bilinən 4 məhbus barəsində cinayət işi qaldırılıb. Modern.az Rusiya mediasına istinadən bildirir ki, onların arasında azərbaycanlı Şamil Əliyev də var.

Abakandakı islah-əmək müəssisəsində qarşıdurma iyulun 24-də axşam baş verib və səhəri günü səhər saatlarında qarşısı alınıb. Qiyamda 242 nəfər (burada cəmi 302 məhbus var) iştirak edib. Məlumatda qiyamın təşkilatçısının Moskvadan gəldiyi qeyd edilir.

Onların əsas tələbi onlara xüsusi ayrılmış yerdə yox, sərbəst şəkildə siqaret çəkmələrinə icazə verilməsi, həbsxananın ərazisində sərbəst hərəkət etmək və döş nişanları taxmamaq olub.

Bundan əvvəl qiyamın 4 təşkilatçısına – Yuri Tımtışevə, Fərhad Niyazova, Arsen Abramyana və Qavruş Tonyana da ittiham irəli sürülüb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı