Modern.az

Türkiyə polisinə yeni silahlar veriləcək

Türkiyə polisinə yeni silahlar veriləcək

Aktual

28 İyul 2016, 12:15

Türkiyə polisi iriçaplı silahlarla təmin ediləcək.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərinə görə, bu barədə Türkiyənin daxili işlər naziri Efkan Ala deyib.

Nazir bildirib ki, Türkiyədə bundan qabaq da polisdə iriçaplı silahlar olub.

“1997-ci il fevralın 28-də belə silahları polislərdən yığdılar. 1980-ci il 12 sentyabr, 1971-ci il 12 mart, 1960-cı il 27 may dövlət çevrilişləri irir çaplı silahlara ehtiyac olduğunu göstərir. Etibar edilməyən insanların nəsə edə bilməməsi üçün ciddi islahatlar getməlidir”.

Nazir Jandarma Komandanlığı və Sahil Mühafizə Xidmətinin Daxili İşlər Nazirliyinin tabeliyinə keçəcəyini açıqlayıb.

 

Ağa AKİFOĞLU

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür