Modern.az

Azərbaycandakı hepatitli qaraciyər xəstələrinin sayı AÇIQLANDI

Azərbaycandakı hepatitli qaraciyər xəstələrinin sayı AÇIQLANDI

Ölkə

28 İyul 2016, 12:42

Bu gün - 28 iyul tarixi Beynəlxalq Hepatitlə Mübarizə Günüdür. Hepatit xəstəliyinin müayinə və müalicəsi, bu xəstəlikdən qorunma istiqamətlərində Azərbaycan da bir sıra addımlar atılıb. Bu addımlardan biri də, Hepatit virusuna yoluxmuş xəstələrin müəyyən edilməsi, qeydiyyatının aparılması, onların dərman preparatları ilə təmin edilməsi və müalicəsinin təşkili məqsədilə müvafiq Komissiyanın yaradılması olub. Hepatitli xəstələrin diaqnozunun dəqiqləşdirilməsi məqsədilə müayinə planı təsdiq edilib və digər işlər həyata keçirilib

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, 2016-ci ilin birinci və ikinci rüblərində xəstələr tərəfindən B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komisiyaya 1388 müraciət (tibbi sənədlər) təqdim olunub və baxılıb.

 

30 iyun 2016-ci il tarixinədək kumulyativ olaraq 5135 (hepatit C – 3961, hepatit B – 1174) müraciət təqdim olunmuş və baxılıb.

 

Nəticə olaraq 3533 şəxsin müalicəsi haqqında (48 həftə - 1032, 24 həftə - 2501) qərar qəbul edilib. PZR müayinəsinə göndərilmiş xəstələrin ümumi sayı – 990 nəfər təşkil edib.

 

Hepatit B virusunun sağlam daşıyıcıları – 577 nəfər, Hepatit B və Hepatit D koinfeksiyasının – 58 nəfər, Hepatit B və Hepatit C koinfeksiyasının – 77 nəfər, Qaraciyər sirrozundan əziyyət şəkənlərin sayı – 260 nəfər təşkil edib.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu