Modern.az

Türkiyədə Ali Hərbi Şuranın KRİTİK iclası keçirilir - Mühüm qərarlar veriləcək

Türkiyədə Ali Hərbi Şuranın KRİTİK iclası keçirilir - Mühüm qərarlar veriləcək

Aktual

28 İyul 2016, 13:00

Baş nazir Binali Yıldırımın rəhbərliyi ilə Türkiyə Ali Hərbi Şurasının iclası başlayıb.

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Baş nazirin ilk dəfə iştirak etdiyi Ali Hərbi Şurasının toplantısı Çankayadakı iqamətgahda başlayıb və hazırda davam edir.

İclasda Türkiyə Silahlı Qüvvələrində təltif və təyinatlarla yanaşı, fətullahçıların  uğursuz dövlət çevrilişi cəhdi də ətraflı şəkildə müzakirə ediləcək. Eyni zamanda Silahlı Qüvvələrlə bağlı mühüm qərarlar da qəbul olunacaq.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahındakı "Çaxmaq salonu"nda keçirilən iclasa həmçinin milli müdafiə naziri Fikri Işık da ilk dəfə qatılıb. 

Baş nazir, nazir və generallar iclasdan əvvəl Anıtqəbir mavzoleyini ziyarət edib. B.Yıldırım xatirə dəftərinə öz ürək sözlərini yazıb. Ziyarətdə şura üzvlərinin yanında ilk dəfə zabitlər yer almayıb. 

Şuranın üzvü general-leytenant Akın Öztürk və 2-ci ordu komandanı, general-leytenant Adem Huduti fətullahçılarla bağlı aparılan istintaqa görə həbsdə olunduqlarından iclasa qatılmayıb.

Dövlət çevrilişi cəhdindən sonra səhhətində problemlər yaranması səbəbindən Gülhanə Hərbi Tibb Akademiyasında müalicə olunan Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, general-leytenant Qalip Mendi iclasda iştirak etmir.

Bu iclas əvvəlki illərdən fərqli olaraq bir gün olacaq və qərarlar ölkə prezidentinin təsdiqindən sonra ictimaiyyətə açıqlanacaq.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi