Modern.az

Bakıda mənzillərdən silsilə oğurluq edən şəxslər yaxalandı

Bakıda mənzillərdən silsilə oğurluq edən şəxslər yaxalandı

Aktual

28 İyul 2016, 13:26

Bakı şəhərindəki mənzillərdən birindən oğurluq etmiş şəxs tutulub. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda qeyd edilib.

 

Bildirilib ki, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da Bakı şəhər sakini Günay Ağayevaya məxsus evdən 1500 manat pul və məişət əşyası oğurlamaqda şübhəli bilinən Ruslan Əliyev tutulub.

 

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 14-də Lənkəran rayon sakini Elnur Zeynalovla birgə  Gulçəmən Nəsirovaya məxsus evdən 3000 manat pul oğurlamaları da müəyyən edilib.


Lənkəran ŞRPŞ əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Zeynalov rayon ərazisində tutulub.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir