Modern.az

Azərbaycanda ən çox müəssisə hansı sferadadır? - Dövlət Komitəsindən AÇIQLAMA

Azərbaycanda ən çox müəssisə hansı sferadadır? - Dövlət Komitəsindən AÇIQLAMA

Aktual

28 İyul 2016, 13:55

2016-cı ilin iyulun 1-nə statistik vahidlərin dövlət reyestrində qeydiyyatda olan müəssisə və təşkilatların iqtisadi fəaliyyət növləri üzrə cəmi sayı 1 04191-dir.

Bunu Modern.az saytının sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov bildirib.

O qeyd edib ki, bunlardan 9 782-si kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 799-u mədənçıxarma sənayesi, 5963-ü emal sənayesi, 304-ü elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 479-u su təchizatı tullantıların təmizlənməsi və emalı, 11 000-i tikinti, 27039-u ticarət, nəqliyyat vasitələrinin təmiri, 2036-sı nəqliyyat və anbar təsərrüfatı, 1637-si turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2581-i informasiya və rabitə, 1622-si maliyyə və sığorta fəaliyyəti, 1267-si daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 7004-ü peşə, elmi və texniki fəaliyyəti, 3788-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4883-ü dövlət idarəetməsi və müdafiə, sosial təminat, 3446-sı təhsil, 1702-si əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 1630-u istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 17229-u isə digər sahələrdə xidmətlərin göstərilməsini əhatə edir.

İqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin sayına gəlincə, qurum rəsmisi onların 1502,5 min nəfər olduğunu deyib. O bildirib ki, muzdla işləyənlərin 41,2 faizini qadınlar, 58,8 faiz isə kişilər təşkil edib.Daha ətraflı aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

 

Gülşən RAUFQIZI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi