Modern.az

Davudoğlu Rusiya təyyarəsinin vurulmasına görə məsuliyyəti üzərinə götürdü

Davudoğlu Rusiya təyyarəsinin vurulmasına görə məsuliyyəti üzərinə götürdü

28 İyul 2016, 14:42

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu bəyan edib ki, F-16 qırıcılarının Rusiyaya məxsus bombardmançı Su-24 təyyarəsini vurması əmrini məhz özü verib.

Modern.az xarici mediaya istinadən bildirir ki, bundan əlavə, hökumətin keçmiş rəhbəri qeyd edib ki, indi də bu faciəyə görə məsuliyyəti özərinə götürməyə hazırdır.

“Mən hətta bu indi də baş versəydi, siyasi məsuliyyəti öz üzərimə qəbul edərdim”, - Davudoğlu bəyan edib. Onun sözlərinə görə, əmri məhz Rusiya bombardmançısına toxunmayıb.

Göstərişdə ölkənin hava məkanını pozan bütün təyyarələrdən söhbət gedib.

Bununla belə, Davudoğlu bildirib ki, bu qərar Rusiya təyyarələrinin dəfələrlə pozuntularına görə qəbul edilib.

“Bizim ölkəmizdə baş nazir silah tətbiqi qaydalarını baş qərargaha yazılı formada verir. Mən bu əmri oktyabrın 10-da vermişəm”, - Davudoğlu vurğulayıb.

2015-ci il noyabrın 24-də Türkiyənin F-16 qırıcısı Rusiyanın bombardmançı Su-24 təyyarəsini vurub. Pilotlardan biri sağ qurtarıb, ikincisi paraşütlə tullananda yaraqlılar güllələıyiblər.

Bu hadisəyə görə Rusiya Türkiyəyə qarşı sanksiyalar tətbiq edib. İyun ayının sonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan buna görə üzr istəyib, hazırda iki ölkə arasında münasibətlər yenidən normallaşmağa doğru inkişaf edir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?