Modern.az

“Konstitusiya dəyişiklikləri zamanın tələbidir”

“Konstitusiya dəyişiklikləri zamanın tələbidir”

28 İyul 2016, 15:30

        Azərbaycan Milli Məclisinin deputatı, Əmək və Sosial siyasət Komitəsinin  sədr müavini Rauf Əliyev sentybarın 26-da keçiriləck referendumla bağlı öz fikirlərini bölüşüb.

Azərbaycan prezidenti İlham Əliyev cənablarının sərəncamına əsasən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi 2016-cı ilin sentyabrın 26-a təyin olunub.

 

     Konstitusiyanın qəbul edilməsindən 20 ildən artıq bir vaxt keçmişdir. Ötən müddətdə Azərbaycanda bütün sahələrdə yüksək inkişafa nail olunmuş, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Ancaq zaman keçdikcə ölkənin hərtərəfli inkişafı üçün aparılan islahatların daha da sürətlənməsinə ehtiyac yaranır. Beynəlxalq təcrübə də göstərir ki, dövrün tələblərinə uyğun şəkildə dövlət idarəçilik sisteminin o cümlədən icra hakimiyyəti orqanlarının işinin təkminləşdirilməsi, ictimai münasibətlərin tənzimlənməsi və bu kimi məsələlərin həlli ilə bağlı islahatların həyata keçirilməsi zamanın tələbidir.

 

     “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi də bu baxımdan son dərəcə əhəmiyyətlidir. Əsas qanuna təklif olunan dəyişikliklərin başlıca hədəfi dövlət idarəetmə sistemini daha da təkminləşdirmək mərkəzi icra hakimiyyətinin fəaliyyətinin səmərəliliyini daha da artırmaq iqtisadi sahədə islahatlar kursuna yığın yeni çevik və effektiv idarəetmə mexanizimi formalaşdırmaqdır.

 

    Təklif olunan layihəyə görə Konstitusiyaya 29 dəyişiklik nəzərdə tutulub. Dəyişikliklərin böyük qismi insan hüquq və azadlıqları ilə bağlı olub, bu sahədə daha səmərəli təminat mexanizimləri formalaşdırmaq məqsədi daşıyır.

 

    Təklif edilən dəyişikliyə görə, Azərbaycan Respublikasının Prezidentinin səlahiyyət müddətinin 5 ildən 7 ilədək uzadılması nəzərdə tutulmuşdur.

 

    Təklif olunan dəyişikliklərdən biri də yeni vitse-prezidentlər institutunun yaradılmasıdır. Bu dəyişikliyə görə Azərbaycan Prezidentinin Birinci vitse-prezidenti və  vitse-prezidentlər təyin və vəzifədən azad etmək səlahiyyəti nəzərdə tutulub. Vitse-prezidentlik institutu ölkəmiz üçün yeni olsa da dünyada geniş tətbiq olunur.

 

    Milli Məclisin fəaliyyəti ilə bağlı təklif edilən dəyişikliklər iki istiqamətdədir. Birincisi Milli Məclisin Prezident tərəfindən buraxılması qaydasının konkret normaları müəyyənləşdirilir, digər tərəfdən deputatın səlahiyyətlərinin itirilməsinə səbəb olan amillərin sayı artırılır. Bu dəyişiklik Milli Məclisin deputatlarının məsuliyyətinin daha da artırılmasına və öhdəliklərinin vicdanla icrasına yönəlmişdir.

 

     Əsas Qanuna təklif edilən dəyişikliklərdən biri də gənclərin dövlət idarəetmə sisteminin bütün mərhələlərində fəal iştirakına şəraitin yaradılmasını nəzərdə tutur. Yəni seçkilərdə iştirak hüququ olan hər bir şəxs, xüsusən də 18 yaşından etibarən gənclər seçkili orqanlarda öz şansını sınaya biləcək, yaxud da istedadlı, bacarıqlı gənclər müxtəlif yüksək vəzifələrə təyin olunacaqlar.

 

Azərbaycan Respublikası Konstitusiyası ölkəmizin demokratik və sivil yolla inkişafına ən başlıca təminatdır. İnanıram ki, Azərbaycan xalqı Referendumda “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktına  hə deyəcək, dövlətin daha da modernləşməsi, ölkənin sürətli inkişafı üçün islahatların genişləndirliməsinə və sürətləndirilməsinə şərait yaranacaq və Azərbaycan bütün sahələrdə daha sürətli inkişafa nail olacaq.

 

 

Milli Məclisin Əmək və Sosial siyasət Komitəsinin sədr müavini  Rauf Əliyev  

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır