Modern.az

Tibb Universitetində kadr dəyişikliyi BAŞLADI

Tibb Universitetində kadr dəyişikliyi BAŞLADI

28 İyul 2016, 16:15

Azərbaycan Tibb Universitetinə Gəray Gəraybəylinin rektor təyinatından sonra bu gün ən böyük kadr dəyişikliyi olub.

 

Modern.az saytının məlumatına görə, bu gün Azərbaycan Tibb Universitetinin ( ATU) Tədris Terapevtik Klinikasının direktoru Surxay Musayev öz ərizəsi ilə tutduğu postdan gedib.

 

Onun yerinə Tibb Universitetinin Daxili xəstəliklər və Reanimasiya kafedrasının dosenti Könül Xəlilova təyin edilib.

 

Eyni zamanda Tibb Universitetinin Elmi işlər üzrə prorektoru İbrahim İsayev tutduğu vəzifədən azad olunub, onun yerinə Rauf Bəylərov təyinat alıb.

 

Yaxın günlərdə daha böyük dəyişikliklərin olacağı gözlənilir.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər