Modern.az

Türkiyəyə gedən rus turistlərin sayı 87% AZALIB

Türkiyəyə gedən rus turistlərin sayı 87% AZALIB

28 İyul 2016, 18:16

2016-cı ilin birinci yarısında Rusiyadan Türkiyəyə istirahət etməyə gələn turistlərin sayı 87% azalıb.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən ilin yanvar-iyun aylarında Türkiyədə 1,5 milyon rus turisti qeydə alınmışdısa, bu ilin eyni dövründə həmin göstərici 184 minə qədər azalıb.

 

Ümumilikdə, bu ilin 6 ayında Türkiyədə 10,6 milyon əcnəbi turistin istirahət etdiyi bildirilir.

 

Terror aktlarından sonra 2016-cı ildə bu ölkəyə səfər edən alman turistlərin sayı 29%yaxud 1,5 milyon nəfərə qədər azalıb.

 

Vüqar İSMAYILOV

 

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir