Modern.az

İlham Əliyev Perunun yeni seçilmiş prezidentini təbrik edib

İlham Əliyev Perunun yeni seçilmiş prezidentini təbrik edib

Aktual

28 İyul 2016, 18:52

Azərbaycan prezidenti İlham Əliyev Pedro Pablo Kuçinskini Peru prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

 

Dövlət başçısının məktubunda deyilir:

 

“Peru Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycanla Peru arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik. Eyni zamanda ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?