Modern.az

Türkiyədə Ali Hərbi Şuranın iclası yekunlaşıb

Türkiyədə Ali Hərbi Şuranın iclası yekunlaşıb

Aktual

28 İyul 2016, 20:31

Türkiyənin baş naziri Binəli Yıldırımın sədrliyi ilə Ankarada, Çankaya sarayında bu gün keçirilən Ali Hərbi Şuranın iclası başa çatıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, təxminən 5 saat davam edən iclasda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, milli müdafiə naziri Fikri İşıq və digər güc strukturlarının komandanları iştirak ediblər.

İclasdan sonra baş nazir toplantıda verilən qərarları prezident Ərdoğana çatdırmaq üçün Prezidentin iqamətgahına gedib. Şuranın iclasında qəbul olunan qərarların dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın təsdiq etməsindən sonra ictimaiyyətə açıqlanması nəzərdə tutulur.

Qeyd edək ki, Türkiyə vaxtı ilə saat 20-də (Bakı vaxtı ilə 21-də) prezident Rəcəb Tayyib Ərdoğanın adından Şura üzvlərinin şərəfinə Prezident sarayında ziyafət veriləcək.

Onu da xatırladaq ki, Ali Hərbi Şuranın rəhbəri Türkiyə Respublikasının baş naziridir. Baş nazir olmadıqda Şuraya Baş Qərargah rəisi rəhbərlik edir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır