Modern.az

Müxalifət erməniləri küçələrə çağırır

Müxalifət erməniləri küçələrə çağırır

Aktual

28 İyul 2016, 20:56

Yerevanda post-patrul xidməti alayının binasının silahlı şəxslər tərəfindən ələ keçirilməsindən sonra Ermənistanın "İrs" müxalifət partiyası ölkədə hakimiyyət dəyişikliyi tələbi ilə çıxış edib.

Modern.az saytı "Report"a istinadən bildirir ki, müxalifət, həmçinin beynəlxalq ictimaiyyəti hakimiyyət tərəfindən insan hüquqlarının kütləvi pozulması hallarına reaksiya verməyə çağırıb.

"Biz bu ilin dekabr ayında növbədənkənar prezident və parlament seçkiləri hazırlayıb keçirəcək müvəqqəti hökumət yaratmağı tələb edirik. Vətəndaşlarımızı küçələrə çıxıb qanunsuz hakimiyyətə qarşı mitinqlərdə iştirak etməyə çağırırıq", - partiyanın bəyanatında deyilir.

 

Qeyd edək ki, növbəti etiraz aksiyası bu gün Yerevandakı Azadlıq meydanında yerli vaxtla saat 20:00-a planlaşdırılıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar