Modern.az

Nazirlik ​187 min əlyazmanı oxucuların istifadəsinə verəcək

Nazirlik ​187 min əlyazmanı oxucuların istifadəsinə verəcək

28 İyul 2016, 21:13

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

Təşkilat, həmçinin yeni dövrdə sahəsində ilk olacaq işlərə də imza atacaq. Mərkəzi İstanbulda yerləşən və Türkiyədə üç bölgə, 17 rayon və 22 kitabxanada fəaliyyət göstərən təşkilatın fondunda 187 min əlyazma və 305 min mətbu əsər var. Əlyazmaların qorunması, bərpası və yenidən nəşrini icra edən təşkilat, əlyazmaların bir mərkəzdə toplamasını da nəzərdə tutub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir