Modern.az

TİKA ölkəmizdə xeyriyyəçilik missiyasını davam etdirəcək- FOTOLAR

TİKA ölkəmizdə xeyriyyəçilik missiyasını davam etdirəcək- FOTOLAR

Aktual

28 İyul 2016, 21:29

Bu gün Bakı Anadolu Liseyində Türkiyə Respublikası Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) və Gəncliyə Yardım Fondunun (GYF) dəstəyi ilə başladılan “Həyat Yolunda Birlikdə Olaq” adlı layihə çərçivəsində tədbir keçirilib.

Modern.az xəbər verir ki, daha əvvəl Zaqatala, Balakən, İsmayıllı və Qəbələdə əlil arabası paylayan TİKA və GYF bu gün Bakıda maddi durumu aşağı olan 37 nəfərə əlil arabasını təhvil verib.

Tədbirə Türkiyənin Bakıdakı Səfirliyinin Təhsil Müşaviri Abdulqafur Büyükfırat, TİKA Bakı Proqram Kordinatoru Mustafa Haşim Polad, GYF sədri Əhməd Tecim, Əmək və Əhalinin sektor müdiri Adət İbrahimov, media nümayəndələri və Bakı sakinləri qatılıb

Tədbirdə ilk çıxış edən TİKA Bakı kordinatoru Mustafa Haşim Polad bildirib ki, azərbaycanlı əlillərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində layihələr artaraq davam edəcək. Türkiyə dövlətinin xeyirxahlıq ənənəsini davam etdirən bir qurum olan TİKA-nın əlillərə qarşı hər zaman diqqətli olduğunu bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Adət İbrahimov Azərbaycan dövlətinin əlillərə qayğısından bəhs edib.

Qeyd edək ki, ümumilikdə 170 əlil arabası sahiblərinə təhvil verilib. Bunlardan 36 ədəd Zaqatala, Balakən bölgəsində, 24 ədəd İsmayıllı, Qəbələ bölgəsində, 37 ədədi Bakıda, ayın 30-u Saatlı, Sabirabad bölgəsinə, daha sonra Şəkiyə və digər bölgələrdə davam etdiriləcək.

Tədbirin sonunda əlil gənclərə sertfikatlar və əlil arabaları sahiblərinə təhvil verilib.

Qafar Ağayev

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır