Modern.az

“Qəbələ” səfərdə qələbəyə bərabər heç-heçə əldə edib

“Qəbələ” səfərdə qələbəyə bərabər heç-heçə əldə edib

28 İyul 2016, 22:50

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin oyunlarına start verilib. Modern.az saytı xəbər verir ki, turnirdə yeganə təmsilçimiz “Qəbələ” də növbəti oyununa çıxıb. Bu dəfə “Qəbələ”  Fransanın “Lill” komandası ilə qarşılaşıb. Oyunun ilk hissəsində “Qəbələ” hesabı açıb. İlk hissə elə bu hesabla da yekunlaşıb. Oyunun ikinci hissəsinin ilk dəqiqələrində  isə “Lill”  hesabı bərabərləşdirib.

Oyunun sonrakı hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də, tablodakı rəqəmlər dəyişməyib.

Beləliklə, "Qəbələ" komandası vətənə qələbəyə bərabər heç-heçə ilə dönür.

Qeyd edək ki, təmsilçimiz buna qədər Gürcüstanın “Samtredia”, Macarıstanın “MTK” klubunu mübarizədən kənarlaşdırıb. “Lill” isə birbaşa III təsnifat mərhələsindən mübarizəyə başlayıb.

Bu komandalar arasındakı növbəti görüş bir həftə sonra Bakıda keçiriləcək.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı