Modern.az

Ali Hərbi Şuranın qərarı açıqlandı: Hulusi Akar vəzifəsində qalacaq

Ali Hərbi Şuranın qərarı açıqlandı: Hulusi Akar vəzifəsində qalacaq

Aktual

28 İyul 2016, 23:37

Ordu generalı Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində qalacaq.

Modern.az saytı xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Türkiyə Ali Hərbi Şurasının iclasında bununla bağlı qərar qəbul edilib.

Qərara görə, Quru Qoşublar, Hərbi-Hava Qüvvələri və Hərbi-Dəniz Qüvvələrinin baş komandanları da öz vəzifələrini davam etdirəcəklər.

Bundan əlavə general Yaşar Gülər Jandarmeriya qüvvələrinin komandanı təyin olunub. Baş Qərərgahın ikinci rəisi vəzifəsi general Ümid Dündara həvalə edilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu